Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 27,3 faiz artaraq 2022-ci il aprel ayının 1-nə milli valyuta ekvivalentində 10 milyard 372 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, əmanətlərin 57,7 faizi milli, 42,3 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 7 faiz artıb.
Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,84 (1,89) manata, 100 türk lirəsinə 11,56 (12,08) manata, 100 rus rubluna 2,11 (2,02) manata bərabər olub.