Bu il Azərbaycanda Polad adı verilən uşaqların sayı açıqlanıb.

"Unikal"ın məlumatına görə, cari ilin əvvəlindən bu günə qədər 83 uşağa Polad adı verilib.

Son illər ölkəmizdə Polad adının uşaqlara verilməsi artıb. Belə ki, 2018-ci ildə 55, 2019-cu ildə 53, 2020-ci ildə 193, 2021-ci ildə isə 306 körpəyə Polad adı verilib. 

Qeyd edək ki, Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.

Anar Kəlbiyev