SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
"Unikal" xəbər verir ki, bu həftə (31 may və 01-03 iyun tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin ikinci günü Tərtər rayonunda (Tərtər şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), 3-cü günü Ağdam rayonunda (Ağdam şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), 4-cü günü Ağcabədi rayonunda (Ağcabədi şəhəri, Muğam Mərkəzinin qarşısı) və 5-ci günü isə Yevlax rayonunda (Yevlax şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısı) saat 13:00-dan 15:00-dək baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.