Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib.
"Unikal" xəbər verir ki, toplantıda 7 məsələ müzakirə olunaraq qəbul edilib.
İclas başa çatdıqdan sonra spiker Milli Məclisin 2022-ci il yaz sessiyasını bağlı elan edib.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə parlamentin yaz sessiyası başa çatıb.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
*** 11:00
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb.
"Unikal" xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 7 məsələ daxil edilib.
Anar Kəlbiyev