Azərbaycanda 99-YP-978 dövlət nömrə nişanlı Yol Patrul Xidməti (YPX) avtomobili sürət həddini aşıb.
"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Cərimə isə 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazılıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev isə bildirib ki, nöqsan artıq aradan qaldırılıb:
"Sistemdə qeydə alınmış yanlışlıq aradan qaldırılıb və vətəndaşla bağlı elektron sistemdə təyin edilmiş cərimə cəzası silinib".