“Biz Türkiyə ilə dərman sənayemizi birləşdirək”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, dərman sənayesi ilə bağlı problemlərimiz var:
“Bu gün biz onkoloji xəstəlikləri də icbri tibbi sığorta ilə əhatə etməliyik. Heç olmasa pulu olmayan vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müalicə oluna bilsin. Əhalimiz burada zülm çəkir. Hamının Türkiyədə, Almaniyada müalicə almağa pulu yoxdur".
Anar Kəlbiyev