Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Tərtər rayonunda "Açıq mikrofon" aksiyası keçirib.
"Unikal" "Azəriqaz"a istinadən xəbər verir ki, rayon sakinləri “Səyyar qəbul otağı”nın imkanlarından yararlanaraq qarşılaşdıqları çətinliklərdən söz açıblar.
Daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi, qapı keçidinin quraşdırılması, işə qəbul, fərdi qazlaşma, qaz sayğacının və küçə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. Ünvanlanan müraciətlərlə bağlı İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi lazımi izahatlar verib.