Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələri bu gün Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondunun keçirdiyi “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində sertifikatlar və diplomlarla təltif olunublar.
"Unikal" xəbər verir ki, münsiflər Heyətinin qərarına əsasən, Şuşa layihəsi üzrə Sevinc Məmmədova 1, Elmira Mahmudova 2, Ömər Məmmədov 3-cü yerin qalibi olub. Ağdam layihəsi üzrə 1-ci yeri Qəmər Mehdizadə qazanıb. Minə Yusublu 2-ci, Əsmər Ramazanlı isə 3-cü yerə layiq görülüblər. Fondun icraçı direktoru Orxan Naqdiyev, universitetin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Məlumat üçün qeyd edək ki, “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin əsas məqsədi gənc memar tələbələrin Qarabağ bölgəsinin tarixi-memarlıq abidələri haqqında məlumatlılığının çoxaldılması, onların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində gənclərin məsuliyyətinin artırılması, bu abidələrin beynəlxalq aləmdə təbliğinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir.