Mayın 31-də Kürdəmir Regional Asan Xidmət Mərkəzinin uşaq əyləncə mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid uşaqları ilə görüş keçirilib.
"Unikal" xəbər verir k, tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, şəhid ailələri, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Görüşdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov öncə uşaqları təbrik edib. O bildirib ki, Azərbaycanda uşaqlar həmişə dövlətin diqqət mərkəzindədir: “Bu işdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır”.
Görüşdə şəhid övladlarına hədiyyələr təqdim edilib. Tədbir uşaqların ifasında təqdim olunan mahnı və rəqslərlə başa çatıb.