Küveyt Dövlətinin Baş naziri Sabah Xalid əl-Həməd əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan sevinc hissi duyuram.
Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumu ifadə edir, Sizə uzun ömür, möhkəm cansağlığı, dost xalqınıza davamlı tərəqqi və rifah arzulayıram".