Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti “İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün iyunun 2-də Azərbaycana səfərə gəlib.
"Unikal" xəbər verir ki, Azərbaycanın və Türkiyənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.