Xarici işlər naziri Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək.
“Unikal” xəbər verir kİ, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Dost və Qardaş Ölkələrlə Diplomatik Münasibətlərin qurulmasının 30-cu ildönümü münasibəti ilə Türkiyəyə gedəcək.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.