Dövlət rəhbərliyi səviyyəsində istənilən qərar, bir qayda olaraq aşağıda oturan iri ranqlı məmurların təşəbbüsü ilə qaldırılaraq qəbul olunur. Bu, idarəçiliyin normal bir formasıdır.
"Unikal" xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov deyib.
O bildirib ki, “iri ranqlı” məmurların böyük əksəriyyətinin korrupsiyaya bulaşması səbəbindən onların təşəbbüsü ilə qəbul edilən qərarların əksəriyətinin sonu da acınacaqlı olur.
"Kadrların seçilib təyin olunmasından tutmuş, fəaliyyəti ilə bir-birini təkrarlayan yeni idarəçilik qurumlarının yaradılmasına, ayrı-ayrı layihələrin reallaşdırılmasına qədər hər sahəni əhatə edir. Son illər ərzində kimlərinsə aşağıdan təşəbbüsü ilə yüksək vəzifələrə təyin olunub, sonradan həbs edilmiş və ya bir başqa formalarda cəzalandırılmış nə qədər rəhbər vəzifəli şəxslər var. Nə qədər qurum təmtəraqla yaradıldıqdan az müddət sonra ləğv edilib. Nə qədər layihələr səmərəsiz bir şəkildə reallaşdırılaraq dövlətə milyardlarla manat zərər vurulub".