Monqolustanın Prezidenti Xürelsüx Uxnaaqiyn Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etmək çox xoşdur. Dostluq əlaqələrimiz və əməkdaşlığımız səmərəli şəkildə genişlənir.
Bundan əlavə, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına daha çox səy göstərməyə hazır olduğumuzu bir daha bildirirəm.
Ümidvaram ki, Zati-aliniz üçün münasib vaxtda Monqolustana səfər edəcəksiniz.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və səadət, dost Azərbaycan xalqına firavanlıq arzu edirəm".