Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölüb.

"Unikal" xəbər verir ki, 32 yaşlı N.Q. müalicə aldığı Respublika Yanıq Mərkəzində vəfat edib.

TƏBİB-dən bildirilib ki, iyunun 5-i saat 00:30-da Mərkəzə yerləşdirilən yaralı həkimlərin müdaxiləsinə baxmayaraq, həmin gün saat 14:40-da dünyasını dəyişib.