Bakıda yük maşını piyada zolağında iki minik avtomobilini vurub.  

"Unikal"ın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, "Azadlıq" metro stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, yük maşını hərəkətdə olan "Mercedes-Benz" və "Hyundai Tucson" markalı avtomobilləri arxadan vurub. 

Qəzada xəsarət alan olmasa da, maşınlara ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.