Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Millət vəkili Cavid Osmanov Ağdaş rayonunun Qaradağlı kəndindən olan Vətən müharibəsi şəhidi Əliyev Cəlil Qüdrət oğlunun anası ilə görüşərək onun qayğıları ilə maraqlanıb.
"Unikal" xəbər verir ki, millət vəkili Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir şəhid ailəsinə xüsusi diqqət-qayğı göstərməsindən söhbət açıb.
Şəhidin anası oğlu Cəlil Əliyevin keçdiyi döyüş yolundan danışaraq, dövlət tərəfindən yüksək diqqət və qayğı gördüyünü qeyd edib. Şəhid ailələrinə göstərilən yüksək diqqət-qayğıya görə şəhid Cəlil Əliyevin anası ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəhid anaları adından öz təşəkkürünü bildirib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Millət vəkili Cavid Osmanov həmçinin Ağdaş rayonunun Qaradeyn kəndində yaşayan 90 yaşlı Yeni Azərbaycan Partiyasının veteran üzvü Əsgər İsayev ilə də görüşüb.
Millət vəkili Əsgər İsayevin qayğıları ilə maraqlanıb onunla həmsöhbət olub. Kənd ağsaqqalı həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın davamlı inkişaf etdiyini, insanların firavanlıq, əmin-amanlıq şəraitində yaşadığını qeyd edərək bunun üçün ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bir ağsaqqal olaraq öz minnətdarlığını bildirib.