ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,36% artaraq 1 barelə görə, 124,02 dollar təşkil edib.
"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,25% artaraq 122,42 dollar təşkil edib.