"Bu ilin yanvar-aprel aylarında ölkəmizə 206 min 50 nəfər xarici turist gəlib. Turistlərin ölkələr üzrə adambaşına xərclərinə baxanda ən çox Kanada vətəndaşları pul xərcləyiblər".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bu müddətdə ölkəmizə cəmi 279 kanadalı turist gəlib ki, onların adambaşına xərclədiyi vəsait 2806 manat olub.
"İkinci yerdə ABŞ vətəndaşlarıdır. Bu ilin 4 ayında ölkəmizə ABŞ-dan cəmi 1438 turist gəlib, adambaşına 2684 manat pul xərcləyiblər. Sonrakı yerlərdə: Qətər – adambaşına 2615 manat, Yaponiya – adambaşına 2374 manat, Avstraliya – adambaşına 2146 manat, AB ölkələri – 1944 manatla 1600 manat arası. Ən az pul xərcləyənlər isə Gürcüstan (adambaşına 490 manat), Türkmənistan (adambaşına 710 manat) və Qırğızstandır (adambaşına 904 manat)".