“Azərbaycan BMT Baş Assambleyasında və BMT Təhlükəsizlik Şurasında mühüm rol oynayır”.

"Unikal" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid ADA Universitetində Qoşulmama Hərəkatı (QH) Gənclər Şəbəkəsinin üzvləri ilə görüşü zamanı deyib.
“Koronavirus pandemiyası dövründə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın liderliyini xüsusilə qeyd etmək istərdim. Azərbaycan Prezidenti İlham Əliyevin peyvəndlərə bərabərhüquqlu çıxışın vacibliyi ilə bağlı təşəbbüsü pandemiya ilə mübarizədə çox zəruri və vaxtında olan təşəbbüs idi. Bu təşəbbüsün geniş şəkildə dəstəklənməsi isə COVID-19-un nəticələrinin aradan qaldırılması üçün beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyi ilə bağlı konsensusun və çoxtərəfliliyin vacibliyini göstərib”, - o bildirib.

BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri bütün dünyada təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib.

A.Şahid həmçinin deyib ki, ADA Universitetini ziyarət etməsinin əsas məqsədi Azərbaycan gəncləri ilə görüşməkdir.