Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov İran prezidenti Seyid İbrahim Rəisinin dəvəti ilə sabah Tehrana rəsmi səfər edəcək.
"Unikal" xəbər verir ki, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov İran prezidenti Seyid İbrahim Rəisinin rəsmi dəvəti ilə yüksək səviyyəli siyasi və iqtisadi heyətin müşayiəti ilə sabah Tehrana səfər edəcək.
Bu səfər çərçivəsində respublika prezidenti türkmən həmkarı ilə bir araya gələcək.
Serdar Berdiməhəmmədovun Tehrana iki günlük səfərinin gündəliyində iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü və müxtəlif əməkdaşlıq sənədləri və memorandumların imzalanması da yer alacaq.
Bu, Serdar Berdiməhəmmədovun vəzifəyə gəldikdən sonra Tehrana ilk səfəridir.