"Hazırda neftin qiyməti yüksək olduğu üçün ilin büdcəsinə yenidən baxılacaq. Elə sahələr var ki, ora əlavə vəsaitin xərclənməsinə ehtiyac var".
Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. O xatırladıb ki, Qarabağda gedən bərpa işlərinə 2,2 milyard vəsait ayrılıb:
"Bu işlərin daha sürətlə görülməsi üçün əlavə vəsait lazımdır. Belə ki, yaxın bir neçə ildə əsas məsələlər həll olunsun. Ona görə bu sahəyə əlavə vəsaitin ayrılması gözlənilir. Həmçinin, Bakı-Quba yolu yenidən qurulur. Ora üçün vəsait nəzərdə tutulmamışdı. Bu iş üçün də vəsait ayrılacaq".
Deputat bildirib ki, hazırda qiymət artımları var: "Daha çox xaricdən idxal olunan məhsulların qiyməti yüksəkdir. Bu baxımdan, ola bilər pensiya və əmək haqqılarına yenidən baxılsın. Bu da ciddi məsələdir".
Anar Kəlbiyev