Bolqarıstanın Baş naziri Kiril Petkov yay aylarında yeni Bolqarıstan-Yunanıstan birləşdirici qaz kəməri (Interconnector Greece – Bulgaria - IGB) vasitəsilə Azərbaycan qazının tədarükünün başlanmasını gözləyir.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kiril Petkov Veliko Tırnovoda keçirdiyi brifinq zamanı bildirib.
“Təchizat həcmini təsdiqləmək üçün bu həftə Bakıya səfər edəcəyəm”, - deyə Baş nazir qeyd edib.
Onun sözlərinə görə, IGB işə salındıqdan sonra Bolqarıstan ildə 1 mlrd. kubmetr həcmində Azərbaycan qazı qəbul edə biləcək: “Gözləyirəm ki, iyul-avqust aylarında Bolqarıstana bir milyard kubmetr hazırda bazar qiymətindən bir neçə dəfə aşağı qiymətə qaz gələcək”.