NATO-ya üzv ölkələrin müdafiə nazirləri iyunun 15-16-da NATO-nun mənzil-qərargahında görüşəcəklər.
"Unikal" xəbər veir ki, Türkiyəni təmsil edən Milli Müdafiə naziri Hulusi Akar toplantıda iştirak etmək üçün axşam saatlarında Belçikanın paytaxtı Brüsselə yola düşəcək.
NATO qərargahında keçiriləcək sessiyalara qatılacaq nazir Akarın başda NATO baş katibi Yens Stoltenberq ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.