“Azərbaycan BMT-yə, ATƏT-ə üzv olduğu dövrdə Ermənistanın təcavüzünə məruz qaldı, ancaq bu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar adlandırmadı”.
"Unikal" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, BMT təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib:
“Qətnamələrdə Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarını tərk etməsi tələb olunurdu. Ancaq bu qətnamələr icra olunmadı. Digər tərəfdən, ikili standartlarla üzləşirdik. Postsovet məkanındakı digər münaqişələrdə ölkələrin ərazi bütövlüyü birmənalı tanınırdı, Azərbaycana münasibət ikili standartlara əsaslanırdı”.