Müğənni İbrahim Tatlısəs keçmiş həyat yoldaşı Adalet Sara və oğlu Ahmet Tatlısəs haqqında fikirlər səsləndirib.
"Unikal" xəbər verir ki, müğənni "Beyaz Maqazin" proqramına telefonla qoşulub. O, eks-həyat yoldaşı və böyük oğlu Ahmetlə arasında yaranan qalmaqaldan danışıb.
"45 ildir ayrılmışam. Bu müddət ərzində onlara pul ödəyirəm, ödəməsəm, şirkəti qarışdırırlar. Oğluna 7 dükan vermişəm. Onların hamısını batırdı. Mənim heç bir övladım peşman olmayıb, onları peşman etməmişəm. Ən böyük xəyanəti edən oğlum dediyim Ahmet etdi. Ən gözəl dükanları verdim ona, ancaq məhv etdi. Varımı, yoxumu verirəm, ancaq yenə qurtula bilmirəm. Artıq bezmişəm. Səhhətimlə əlləşim, yoxsa onlarla məşğul olum? Adını eşitmək belə istəmirəm. Mən vurulan zaman o şirkətə gedib seyfi yardı. Xəyanət etdi mənə. Niyə digər övladlarım etmir, o edir?".