Azərbaycanın Xalq artisti, “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov Bakının Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” layihəsinə qoyulan investisiyanın məbləğini açıqlayıb.
"Unikal" xəbər verir ki, o bu barədə “Rossiya-1” telekanalında yayımlanan “Vesti nedeli” proqramında danışıb.
Ağalarov deyib ki, inşa edilən 300-400 min kvadratmetr müxtəlif daşınmaz əmlaka 400 milyon dollar (680 milyon manat-red.) vəsait sərf edilib.