Daxili işlər naziri Vilayət Eyvazov iyunun 21-də Şirvan şəhərində növbəti vətəndaş qəbulu və bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, həmin gün nazir 93 vətəndaşı dinləyib, 18 -i Vətən müharibəsi iştirakçısı olmaqla 95 gənci polis orqanlarında xidmətə qəbul edib.