Belaruslu kikboksçu İvan Qanin medalını hərraca çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə "Naşa Niva" məlumat yayıb. Bildirilir ki, o hərracdan qazandığı pulu Ukraynaya kömək üçün verəcək.
"Dünya çempionatından ilk medalımı hərraca çıxardım. 2017-ci ilin gümüşü, WAKO Dünya Çempionatı... O, mənim üçün bir xatirə kimi çox əzizdir. Amma indi idman həyatda birinci yerdə deyil", - deyə İvan Qanin yazıb.