Sumqayıtda nəvəsi tərəfindən qətlə yetirilən 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlı Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri olduğu məlum olub.
"Unikal" qafqazinfo-ya istinadən xəbər verir ki, şairə, QHT rəhbəri kimi tanınan Q.Mehdixanlı Qazax Müəllimlər Seminariyasının məzunu olub Əslən Ağstafa rayonundan olan tanınmış şairə Sumqayıtda 60 ilə yaxın pedoqoji fəaliyyət göstərib.
Onu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən nəvəsi Nicat Əliyev bu ilin martında nişanlanıb. Həmin vaxt Q.Mehdixanlı nəvəsinin nişanlanması münasibətilə təbrikləri qəbul edib.
Qətlin səbəbləri hələlik tam müəyyənləşməyib, faktla bağlı araşdırmalar davam etdirilir.