Moldova Prezidenti Maya Sandu Ukraynaya səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Moldova Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Maya Sandu Kiyevdə işgüzar səfərdədir. Gün ərzində dövlət başçısı Borodyanka, Buça və İrpen şəhərlərinə səfər edəcək, eyni zamanda, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək”, - məlumatda bildirilib.