"İndi Rusiya ilə danışıqların vaxtı deyil".
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski G7 liderlərinə deyib.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Ukraynadakı münaqişənin diplomatik yolla həllinə qayıtmaq cəhdləri dünyada qeyri-sabitliyin qorunmasına kömək edəcək. Onun fikrincə, indi "müharibənin gedişatını dəyişmək" üçün həlledici məqamdır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə cavab olaraq siyasətçinin pis "Britaniya siyasi yumoru" olduğunu bildirib.
Ağarza Elçinoğlu