Ermənistan parlamentinin deputatı iyunun 27-də istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-lərində qeyd olunub.
Bu barədə spiker Alen Simonyan deputat Artur Davtyanın istefa ərizəsi ilə bağlı bəyanatında bildirib ki, onun istefa ərizəsi dərc edildikdən sonra bir həftə ərzində öz ərizəsini yazılı şəkildə geri götürərsə, Milli Məclisin Sədri onun istefasını qəbul etmədiyinə dair bəyanat verir. Əks halda onun səlahiyyətlərinə xitam verilməsi haqqında protokol tərtib edilir və bu protokol Milli Məclisin Sədri tərəfindən imzalanır və dərc edilir. Protokol dərc edildiyi andan istefa qəbul edilmiş sayılır.
Qeyd edək ki, Artur Davtyan "Mülki müqavilə" fraksiyasının üzvü idi.
Ağarza Elçinoğlu