Rusiya Federasiyasının ən böyük regionu Yakutiya ərazisində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
"Unikal" xəbər verir ki, müvafiq sərəncamı respublika rəhbəri Aysen Nikolayev imzalayıb.
Bölgədə fəaliyyət göstərən meşə yanğınlarının sayı 60-a yüksəlib, təkcə son gündə cəmi 34 yeni yanğın aşkar edilib. Yanğının əhatə etdiyi ümumi ərazi 80 986,5 hektardır.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, buna ölkədə müşahidə olunan tufan aktivliyi və bir sıra ərazilərdə yanğın təhlükəsizliyinin artırılması səbəb olub.
"Fövqəladə vəziyyət rejiminin saxlanması, yanğın təhlükəsinin pik həddə çatmasına hazırlaşmaq üçün resursları səfərbər etmək üçün lazımdır", - Nikolayev izah edib.
O qeyd edib ki, respublikanın 10 rayonunda yüksək yanğın təhlükəsi dərəcəsi müəyyən edilib. Tomponski və Mırnınski rayonlarında bələdiyyə səviyyəsində fövqəladə vəziyyət tətbiq edilib.
Gülayə Mecid