İyunun 25 və 26-da Rusiya qoşunları Ukrayna ərazisində 60-80 uzaqmənzilli raket atıblar ki, onların ümumi dəyəri 150-220 milyon dollar təşkil edir.
"Unikal" xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Bildirilir ki, ruslar ən çox raketi Jitomir vilayətində (təxminən 30), daha 20 raketi isə Çerniqov vilayətində atıblar. Bundan əlavə, Kiyev, Xmelnitski, Lvov və Dnepropetrovsk vilayətləri də düşmənin raket atəşinə məruz qalıb. Nikolayev, Xarkov və Kiyev də hücuma məruz qalıb".
"Forbes"in məlumatına görə, Rusiya əlində olan bütün raket arsenalından istifadə edib.
Xatırladaq ki, bazar ertəsi, iyunun 27-də Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirməkdə davam edib. Xüsusilə də düşmən raketlərindən biri Poltava vilayətinin Kremençuq şəhərindəki ticarət mərkəzinə düşüb. Hazırda 18 nəfərin öldüyü məlumdur .
Gülayə Mecid