Şri-Lankada iqtisadi böhranın dərinləşməsindən sonra əsas xidmətlər istisna olmaqla, yanacaq satışı 2 həftəlik dayandırılıb.
"Unikal" xəbər verir ki, keçən ilin sonundan etibarən ən əsas tələbat mallarını belə idxal edə bilməyən ölkədə yanacağın satışına məhdudiyyət qoyulub.
Hökumət sözçüsü Bandula Qunavardana "Bu gecə yarısından etibarən səhiyyə sektoru kimi əsas xidmətlərdən başqa yanacaq satışı olmayacaq. Biz əlimizdə olan kiçik ehtiyatı qorumaq istəyirik", - deyə açıqlama yayıb.
Qunavarana həmçinin "narahatçılığa" görə ictimaiyyətdən üzr istəyib.
Gülayə Mecid