İranın Qum şəhərinin Şukuhiyyə bölgəsində zavodda yanğın baş verib.

"Unikal" iran mətbuatına istinadən xəbər verir ki, yuyucu vasitə fabrikində baş verən yanğında 4 nəfər ölüb, 7 nəfər yaralanıb. Xəsarət alanlardan ikisi qadındır. Onlardan biri ambulator müalicə alıb, digər altı nəfərin vəziyyətinin ağır olduğu bildirilir, 90 faiz yanıq xəsarəti alıb.

Hadisə yerinə yeddi 115 Qum təcili yardım maşını, bir təcili yardım avtobusu və iki idarə və dəstək qrupunun göndərildiyini açıqlanıb.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Yaralılar müalicə üçün Tehran və İsfahan xəstəxanalarına aparılmalıdır.

Gültəkin