Kolumbiyada həbsxanada iğtişaş baş verib. 200 məhbusun iştirak etdiyi iğtişaşda qarovul səddi ilə üzləşən məhbuslar çarpayıları yandırıblar. Yanğın zamanı 49 məhbus yanaraq həyatını itirib.
"Unikal" xəbər verir ki, Kolumbiya prezidenti İvan Duke hadisə ilə bağlı araşdırma aparılmasını əmr edib.
Həbsxanada ümumilikdə 1267 məhbus olduğu bildirilir.
Kolumbiya mətbuatının yazdığına görə, məhbuslar həbsxanadan qaçmağa çalışıb. Mühafizəçilər qaçışın qarşısını almağa çalışarkən, məhbuslar çarpayılarını yandırıblar və ölənlərin çoxu yanaraq ölüb. Digərləri isə bədənlərində zorakılıq əlamətləri aşkarlanıb. Yanğının baş verdiyi palatada 200-ə yaxın insanın olduğu bildirilib.
Gültəkin Ələsgər