Yarandığı gündən sürətlə yayılan və dünya üçün yeni təhlükəyə çevrilən “meymun çiçəyi virusu”na qarşı ilk peyvənd hazırlanıb və ilk dozalar İspaniyaya göndərilib.
"Unikal" xəbər verir ki, Danimarkanın Bavarian Nordic şirkəti tərəfindən hazırlanmış peyvənd indiyə qədər meymunçiçəyi virusuna qarşı lisenziyalı yeganə peyvənddir.
5 min 300 dozalıq peyvəndin ilk partiyasının İspaniyaya, sonrakı peyvəndlərin isə Portuqaliya, Almaniya və Belçikaya göndəriləcəyi məlum olub.
Sonrakı həftələrdə və aylarda vaksinlərin yoluxma sayına görə digər ölkələrə göndərilməsi davam etdiriləcək. Peyvənd böyük auditoriyaya verilməyəcək. Yalnız müəyyən risk qrupunda olan insanlara tətbiq olunacaq.
Digər tərəfdən, komissiyanın verdiyi açıqlamada virusun yayılma sürətinin koronavirusla müqayisə edilə bilməyəcəyi və koronanın daha riskli olduğu vurğulanıb.
Gültəkin Ələsgər