Qazaxıstanda bir neçə qadın internet vasitəsilə uşaq satmağa cəhd edib.
"Unikal" xəbər verir ki, Almatı prokurorları qadınların övladlarını satış üçün reklam etdikləri sayt tapıblar.
Məlumata görə, həmin saytda yerli sakinlər uşaq almaq və övladlığa götürmək istəyi ilə bağlı müraciətlər yazıblar.
Alatau vilayətinin prokuroru sayt haqqında məhkəməyə məlumat verib və onun Qazaxıstandakı fəaliyyətini dayandırmağa çağırıb. Məhkəmə ərizəni təmin edib.
“İnsan alverinin yoxlanılması üçün materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Bu cinayət əməli əmlakı müsadirə olunmaqla 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - Almatı prokurorluğu hadisəni şərh edərkən deyib.
Gültəkin Ələsgər