Səhiyyə Şurasının yoluxucu xəstəliklər laboratoriyası bu gün Estoniyada meymun çiçəyinə ilk yoluxma faktını təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Səhiyyə Şurasının Yoluxucu Xəstəliklər Departamentinin müşaviri İrina Donçenkon məlumat verib.
Səhiyyə Nazirliyi xəstənin xaricdə olarkən yoluxduğunu bildirib. Həkimlərin dediyinə görə, onun Estoniyada heç bir yaxın əlaqəsi olmayıb. Xəstə xəstəliyin tipik əlamətlərini nümayiş etdirir. Yoluxan orta yaşlı kişidir.
Qeyd edək ki, meymun xəstəliyinin simptomları adi çiçək xəstəliyinə bənzəyir, lakin daha yüngül formadadır. Xəstəlik dəridə səpgi ilə xarakterizə olunur, adətən üzdə, ovuclarda, ayaqlarda və cinsiyyət orqanlarında səpgilər görünür. Xəstəliyin ilkin mərhələsində qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə, yorğunluq ola bilər. Əksər insanlar bir neçə həftə ərzində sağalır və xəstəlik adətən heç bir müdaxilə olmadan öz həllini tapır.