Ötən gün Rusiyanın Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə raket hücumundan sonra onlarla adamın hələ də itkin düşdüyü açıqlanıb.
"Unikal" xəbər verir ki, ən azı 18 nəfərin öldüyü hücumla bağlı Ukrayna xüsusi olaraq mülki şəxslərin hədəf alındığını, Rusiya isə hücumda hədəfin hərbi anbar olduğunu iddia edir.
Ukrayna hakimiyyəti hücum nəticəsində 36 nəfərin hələ də itkin düşdüyünü açıqlayıb.
Ticarət mərkəzinə edilən hücumda 18 nəfər həyatını itirib, ən azı 59 nəfər yaralanıb. Hücum zamanı ticarət mərkəzində mindən çox insanın olduğunu iddia edən Zelenski, "Bu, hədəfdən kənar raket hücumu deyil, bu, hesablanmış bir Rusiya hücumudur", - deyib.