“Bizim münasibətimiz çox yaxşı vəziyyətdədir. Razılaşdığımız hər şey yerinə yetirilir. Lakin ən vacibi planlarımızın, daha dəqiq desək, 2024-cü ilə qədər olan birgə planımızın (Rusiya-Azərbaycan əməkdaşlığı) həyata keçirilməsidir. Hər şey irəli gedir”.
"Unikal" xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya Prezidenti Azərbaycanla ticarət dövriyyəsinin artdığını açıqlayıb. “Ticarət dövriyyəsi artır. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2021-ci ildə 16 faizdən çox, 2022-ci ilin ilk üç ayında isə təxminən 5,5 faiz artıb”, - dövlət başçısı vurğulayıb.