Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, Sərəncama əsasən, aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:
Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri
Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi
Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.