İyul ayında Rusiya Federasiyası “Şimal axını” qaz kəməri ilə Avropa İttifaqına qaz nəqlini 10 gün müddətinə dayandıracaq.
"Unikal" bu barədə “Nord Stream AG” şirkətinə istinadən xəbər verir.
Bildirilir ki, 2022-ci il iyulun 11-dən iyulun 21-dək qaz kəməri cari təmir işlərinə görə dayandırılacaq. Həmçinin mexaniki komponentlərin və avtomatlaşdırma sistemlərinin sınaqdan keçiriləcəyi bildirilir.
"Cədvəl və iş planı qazın yuxarı və aşağı axını üzrə nəqli üçün Nord Stream AG-nin tərəfdaşları ilə əvvəlcədən razılaşdırılıb", - məlumatda deyilir.
Xatırladaq ki, iyun ayında Rusiya tərəfi qaz tədarükünün həcmini demək olar ki, iki dəfə azaldıb, Aİ isə bunun texniki səbəblərdən qaynaqlandığı barədə deyilənlərə inanmır.
Ramil Zeynallı