Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda yollarda vəziyyətlə bağlı məlumat açıqlayıb.
NİİM-dən "Unikal"-a verilən məlumata görə, hazırda Bakıda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:
Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərinə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqaməti və Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsindən başlayaraq əsas yola daxil olaraq, Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər - əsas və kənar yolda, Koroğlu metro stansiyası istiqamətində sıxlıq
2. Alı Mustafayev küçəsində - əsas yolda, 20 Yanvar dairəsi istiqamətindən Ziya Bünyadov prospektinə doğru, Koroğlu metro stansiyası istiqaməti sıxlıq
3. Heydər Əliyev prospektinin Koroğlu metro stansiyası istiqamətindən - əsas yolda, 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısından ASK Arenanın yaxınlığına qədər, eyni zamanda, Bağırov körpüsünün aşağı hissəsindən keçməklə, kənar yolda, şəhər istiqamətində, Heydər Əliyev Mərkəzinin qarşısına doğru və Bağırov körpüsünün aşağı hissəsindən keçməklə əks istiqamətdə sıxlıq
4. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi istiqamətində və Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqaməti sıxlıq
5. Gülarə Qədirbəyova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Xətai prospeki istiqamətində sıxlıq müşahidə olunur.
6. Tbilisi prospektində 20 Yanvar dairəsidən başlayaraq Ak. Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər şəhər istiqamətində sıxlıq
7. Mikayıl Useynov prospekti Azneft dairəsi istiqamətində sıxlıq müşahidə edilir.