Hindistanın Borpadaw kəndinin sakini ərini aldatdığı məlum olduqdan sonra onu çiynində kəndin küçələrində gəzdirməyə məcbur olub.

"Unikal" xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Xəyanət qadının müəmmalı şəkildə yoxa çıxmasından sonra üzə çıxıb. Bir həftə ərzində əri onu tapmağa çalışıb, sonra polisə şikayət edib. Qadın sevgilisinin evində tapılıb.

Bildirilir ki, xəyanətdən xəbər tutan əri onu döyüb, saçından yolub və yerə yıxıb. Bundan sonra qadın məcbur olub ərini çiynində kəndin içindən keçirib. Yerli sakinlər, videogörüntülərə görə, bütün bu müddət ərzində yaxınlıqda gəzərək mənzərəni izləyiblər.

Hadisəyə görə 9 nəfərin həbs edildiyi, qadının özünün isə valideynlərinin evinə göndərildiyi iddia edilir.

Ramil Zeynallı