Braziliya hüquq-mühafizə orqanları dünyanın aparıcı narkotik alverçilərindən biri hesab edilən “Ndrangheta” mafiya qrupunun başçısı Rokko Morabitonu İtaliyaya ekstradisiya edib.

"Unikal" xəbər verir ki, bu barədə  ANSA məlumat yayıb.

56 yaşlı mafiya başçısı 2021-ci ilin may ayında keçmiş qaçaq mafioz Vincenzo Pasquino ilə birlikdə Braziliya federal polisi tərəfindən həbs edilib. 

Əməliyyat İtaliyanın Karabineri, FTB və ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) dəstəyi ilə həyata keçirilib. Belə ki, Morabito İtaliyada 30 il müddətinə azadlıqdan məhrum edilib.

“Ndrangheta” Kalabriyada yerləşən İtaliyanın əsas mütəşəkkil cinayət qrupudur. O, dünyanın ən nüfuzlu cinayət təşkilatlarından biridir.

Gülayə  Mecid