Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

"Unikal" xəbər verir ki,  bu barədə İngiltərə KİV-i məlumat yayıb. 

***12:24

Böyük Britaniyanın baş naziri Boris Conson bu gün xalqa müraciət edəcək.

"Unikal" xəbər verir ki, bu barədə  "Sky News" məlumat yayıb.

BBC-nin məlumatına görə, Boris Conson Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcək. Eyni zamanda, o, payıza qədər baş nazir vəzifəsində qalacaq.

Mühafizəkarlar Partiyasının liderlik yarışı bu yay keçiriləcək və partiyanın oktyabrda keçiriləcək konfransından əvvəl yeni baş nazir təyin olunacaq.

Qeyd edək ki, Conson 24 iyul 2019-cu ildən Böyük Britaniyanın 77-ci baş naziridir.

***12:14

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə  İngiltərənin İTV telekanalı məlumat yayıb. 

Yerli KİV-in məlumatına görə, Conson yaxın saatlarda açıqlama verəcək.

Bundan əlavə Conson hökumətinin 57 üzvü istefa verib. Onların arasında maliyyə və təhsil nazirləri, katiblər və köməkçilər var. 

Gülayə Mecid