Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan təhsil aldığı akademiyadan qovulub.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistanın dövlət incəsənət akademiyasında oxuyan Aşot Paşinyan dərslərdə iştirak etmədiyi üçün akademiyadan xaric edilib.
Bildirilir ki, Aşot yalnız ilk 3 gün dərsə gedib, ondan sonra o, gəlməyib.
Hətta yerli KİV Aşotun atasının taleyini təkrarladığını yazıb. Məlumata görə, Nikol Paşinyan YDU-nun tələbəsi olanda o dövrün iqtidarından narazı olduğu üçün dərsə getmirmiş.
Gülayə Mecid